3 C
Baku
Saturday, December 14, 2024

“OPEC+” ölkələri ötən ay neft hasilatını artırıb

Razılaşmada iştirak edən “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri iyun ayında gündəlik neft hasilatını 70 min barel artıraraq 37.03 mln. barelə çatdırıblar.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatında bildirilir.

Hesabata əsasən, alyansın kvotaları olan 19 üzv ölkəsi may ayında gündəlik 36.96 milyon barel hasil edib, iyun ayında isə bu göstərici 37.03 mln. təşkil edib. Beləliklə, hesabat dövründə gündəlik hasilat 70 min barel artıb. Eyni zamanda, kvota ilə real gündəlik hasilat arasında fərq 2.55 milyon barel təşkil edib.

Bundan başqa, bütün 23 “OPEC+” ölkəsində (kvotadan azad edilmiş razılaşma iştirakçıları da daxil olmaqla) neft hasilatı iyun ayında 30 min barel artaraq 43.62 mln. barel təşkil edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər