10 C
Baku
Friday, December 13, 2024

OPEC qlobal neft tələbatı üzrə proqnozunu cüzi azaldıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2022-2023-cü illər üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu azalmaya doğru korrektə edib.

Cari ildə qlobal gündəlik neft tələbatının 99.56 mln. barel səviyyəsində olacağı gözlənilir ki, bu da əvvəlki proqnoz göstəricisindən 20 min barel azdır. Belə ki, 2022-ci ildə neft tələbatının artım tempi 2.55 mln. barel olacaq (proqnoz dəyişməyib).

Hesabata əsasən, cari il qlobal gündəlik neft tələbatının 101.8 mln. barel səviyyəsində olacağı gözlənilir (öncəki proqnozdan 20 min barel azdır). 2023-cü ildə neft tələbatının artım tempi 2.25 mln. barel olacaq, bu da əvvəlki proqnoz göstəricisinə bərabərdir.

Xatırladaq ki, 2021-ci ildə qlobal gündəlik neft tələbatının artım tempi 5.74 mln. barel təşkil edib, qlobal gündəlik neft tələbatı 96.92 mln. barel səviyyəsində olub. 2020-ci ildə qlobal gündəlik neft tələbatı 91.13 mln. barel olub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər