9 C
Baku
Friday, December 13, 2024

OPEC+ razılaşması yalnız bu şərtlə bağlana bilər

OPEC+ müqaviləsinin iştirakçıları neft hasilatının azaldılması məsələsi üzrə ortaq razılığa gəlməlidirlər. Bu məqsədlə 9 apreldə tərəflər arasında videogörüntülü iclas keçiriləcək.

Banker.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Reuters” xəbər agentliyi məlumat verib.

Qeyd edildiyi kimi, Səudiyyə Ərəbistanı və Rusiya da daxil olmaqla əsas neft istehsalçıları yalnız bir halda müqavilə bağlaya bilərlər ki, o da iclasa ABŞ da qoşulsa.

“ABŞ olmasa, müqavilə bağlanmayacaq”, – mənbələrdən biri qeyd edir.
Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp neft hasilatının azaldılması məsələsinə yalnız bir şərtlə baxılacağını söyləmişdir – əgər OPEC ölkələri bunu ondan xahiş etsələr.

Son xəbərlər
Digər xəbərlər