13 C
Baku
Tuesday, May 21, 2024

OPEC və “OPEC+” nazirlərinin növbəti danışıqları şəxsi formatda keçiriləcək

“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması ölkələrinin nazirlərinin iyunun 4-nə planlaşdırılan iclası şəxsi görüş formatında keçiriləcək.

Bu barədə “İnterfaks“ mənbələrə istinadən xəbər verir.

Qeyd olunur ki, öncə görüşün onlayn formatda keçiriləcəyi güman edilirdi.

Bildirilir ki, OPEC ölkələrinin növbəti konfransı iyunun 3-də baş tutacaq.

Xatırladaq ki, Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər