Avqustun 1-dən Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) baş katibi vəzifəsinin icrasına Küveytin nümayəndəsi Heysəm əl-Qays rəsmən başlayıb.
Əl-Qeys yanvarın əvvəlində OPEK ölkələrin nazirlərinin xüsusi videokonfransında baş katib seçilib, onun namizədliyi siyahıda yeganə olub.
Əl-Qeysin baş katib kimi ilk tədbirləri OPEK+ çərçivəsində avqustun 2-3-nə planlaşdırılan görüşlər olmalıdır. Bunlar texniki komitənin iclası, monitorinq nazirləri komitəsi və alyans nazirlərinin iclasıdır.
OPEK-in əvvəlki baş katibi, bu vəzifədə iki müddət (2016-cı ildən bəri) işləyən Məhəmməd Barkindo iyulun əvvəlində vəfat edib.