9 C
Baku
Thursday, December 12, 2024

OpenAI ChatGPT-də yeni plugin-lərin qoşulmasın aktivləşdirdi

Artıq chatbot ilə işləyən plaginlərə Instacart, Slack, Shopify, Zapier, Klarna və başqaları daxildir.

OpenAI xüsusi olaraq dil modelləri üçün nəzərdə tutulmuş və ChatGPT-yə xarici məlumatlara daxil olmaq, hesablamalar aparmaq və üçüncü tərəf xidmətlərindən istifadə etmək imkanı verən plaginlər, alətlər üçün qoşulma imkanı yaradıb.

Buna qədər ChatGPT yalnız öyrədildiyi məlumatlardan istifadə edə bilərdi. Plugin-lər neyroşəbəkəyə imkanlarını genişləndirməyə və internetdə məlumatı tez tapmağa imkan verəcək. OpenAI deyir ki, onlar ChatGPT üçün “gözlər və qulaqlar” ola bilərlər.

Əvvəlcə plaginlər az sayda ChatGPT Plus istifadəçisi üçün əlçatan olacaq, lakin sonradan onlar plagin tərtibatçılarına, adi istifadəçilərə və məhsullarına plaginlər əlavə etmək istəyənlərə girişi genişləndirməyi planlaşdırırlar.

İlk plugin-lər artıq aktivləşdirilib, onların sayı hələki 11-dir – onların arasında Slack korporativ messencerin plugin-i, Zapier-proqram təminatlarının avtomatlaşdırılması platforması, Instacart qida çatdırılması xidməti, Klarna fintech xidməti, Shopify onlayn mağazasının proqram təminatı tərtibatçısı və s. var. Bu sistemlər vasitəsi ilə siz misal üçün, bir resept tapmaq və sonradan onu sifariş verərək ünvanınıza çatdırılmanı chatbot vasitəsi ilə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər