“OpenAI” və “Visa” tərəfdaşlıq barədə razılığa gəlib — Ödəniş sistemi AI agentlərinin əməliyyatlarını emal edəcək və onların təhlükəsizliyinə cavabdeh olacaq

“OpenAI” və “Visa” tərəfdaşlıq barədə razılığa gəlib. “Visa”nın bəyanatında bildirilir ki, ödəniş xidmətləri “OpenAI” məhsullarına inteqrasiya ediləcək. Bu, onlayn pərakəndə satıcılara süni intellekt agentləri tərəfindən həyata keçirilən ödənişləri qəbul etməyə imkan verəcək.

Məsələn, istifadəçilər süni intellekt agentinə hesab ödəməyi və ya internet üzərindən məhsul almağı tapşıra biləcəklər. “The Wall Street Journal”ın qeyd etdiyi kimi, bu cür əməliyyatlar yalnız istifadəçinin icazəsi ilə, onun müəyyən etdiyi məhdudiyyətlər və xərc limitləri çərçivəsində həyata keçiriləcək.

“Visa” şirkəti vurğulayır ki, bu ödənişlərin təhlükəsizliyinə məhz o cavabdeh olacaq. Şirkət əməliyyatları yoxlayacaq və mümkün dələduzluq hallarını izləyəcək.

“OpenAI” ilə tərəfdaşlıq “Visa Intelligent Commerce” proqramının bir hissəsidir. “Bloomberg”in məlumatına görə, “Visa” bu proqram çərçivəsində həmçinin “Anthropic” və “Microsoft” ilə də əməkdaşlıq edir.

“Visa” hesab edir ki, 2026-cı il “süni intellekt vasitəsilə alış-veriş ili” olacaq.

2025-ci ilin sentyabrında “OpenAI” “ChatGPT”yə məhsul alış-verişi funksiyasını əlavə etmişdi. Həmin ilin noyabrında isə şirkət məhsulların axtarışı və müqayisəsi üçün yeni alət təqdim etmişdi.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər