3 C
Baku
Monday, March 4, 2024

Ordumuz düşmənin Mingəçevirə atdığı raketləri göydə vurub – RƏSMİ

“Ermənistanın kriminal rejimi müharibə aparmağın bütün qaydalarını pozaraq yeni çox təhlükəli addımlar atıb”.

Bunu Baş prokuror Kamran Əliyev Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı hərbi cinayətlərin törədilməsilə bağlı brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə artileriya hücumuna məruz qalır: “Bir sıra ictimai obyektlər dağıdılıb. Bu, çox təhlükəli addımdır. Bu gün də düşmən tərəfdindən yenə də bu addımlar atılır. Bizim məlumatımıza görə, bu gün Gəncəyə raketlər atılması nəticəsində 3 nəfər xəsarət alıb. Mingəçevir Su Stansiyası da raket hücumuna məruz qalıb. Ordumuz tərəfindən həmin raketlər göydə vurulub”.

MənbəUnikal.org
Son xəbərlər
Digər xəbərlər