“Orelay” şirniyyat müəssisəsində ehtiyatsızlıq ölümə səbəb olub.
Banker.az xəbər verir ki, Ağdaş Rayon Prokurorluğundan verilən məlumata görə, Ülvi Sadıqov fəhlə kimi işlədiyi “Orelay” şirniyyat müəssisəsində iş zamanı ehtiyatsızlıqdan dəzgahın içərisinə düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində ölüb.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.