Sosial təminat sisteminin mühüm komponenti olan pensiyaların məbləğində artım 2021-ci ilin ilk rübündə də davam edib.
Banker.az Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin məlumatına əsasən xəbər verir ki, yanvar-mart aylarında pensiyaların orta aylıq məbləği ilin əvvəlinə nisbətən 11.8% artaraq 1 aprel tarixinə 332 manata çatıb.
O cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 362.3 manata çatıb ki, bu da ilin əvvəli ilə müqayisədə 10.7% çoxdur.