2 C
Baku
Saturday, December 14, 2024

Orta Dəhliz üzərində yerləşən gömrük postları ilə bağlı yeni layihələr olacaq

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzərində yerləşən gömrük postları ilə bağlı yeni layihələr olacaq.

Bunu Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Tənzimlənməsi İdarəsinin rəisi Cəfər Quluzadə deyib.

“Bütün gömrük-sərhəd buraxılış məntəqələrinin buraxılış qabiliyyətinin artırılması ilə bağlı işlər görüləcək. Təbii ki, prioritet Orta Dəhliz üzərində yerləşən gömrük postlarıdır. “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postu, “Qırmızı körpü” gömrük postu bu dəhliz üzərindədir. Ələtdə yerləşən bu postun infrastruktur imkanları kifayət qədər böyükdür. Bizim burada yeni layihələrimiz olacaq. Həmçinin “Qırmızı körpü” gömrük-sərhəd buraxılış məntəqəsində müəyyən infrastruktur tədbirləri, layihələr həyata keçiriləcək”, – C. Quluzadə bildirib.

İdarə rəisi qeyd edib ki, ümumilikdə, bütün gömrük-sərhəd buraxılış məntəqələrinin tənzimlənməsi nəzərdə tutulub: “Burada beynəlxalq standartlar tətbiq olunacaq, təchizatla bağlı normalara diqqət yetiriləcək. Məsələn, yük nəqliyyat vasitələri keçidinin əlverişli olması üçün “X-ray” aparatlarının quraşdırılma yeri, minik nəqliyyat vasitələri və avtobuslarla səfər edənlərin keçidinin daha səmərəli qaydada təmizlənməsinin həyata keçirilməsi bura daxildir”.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat dəhlizidir.

2023-cü ildə bu marşrutla 2.7 milyon tondan çox yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86% çoxdur. 2024-cü il üçün perspektiv plan təxminən 4 milyon tondur.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər