8 C
Baku
Thursday, December 12, 2024

“Oskar” mükafatının qaydalarında dəyişikliklər edilib

Amerika Kino Sənəti Akademiyası “Ən yaxşı film” nominasiyasında “Oskar” mükafatına namizəd olan film müəllifləri üçün yeni standartlar müəyyən edib.

“Gazeta.ru”nun verdiyi xəbərə görə, yeni qaydalar irqi, etnik, seksual və başqa azlıqlar, o cümlədən qadınlara qarşı yönəlmiş təzyiqlərlə mübarizə məqsədilə müəyyən edilib.

Bundan sonra ekran əsərinin “İlin ən yaxşı filmi” nominasiyasına iddia etmək üçün ən azı dörd meyardan ikisinə cavab verməsi lazım gələcək.

Beləliklə, birinci və ya ikinci plan rolunu oynayan aktyorlardan ən azı biri irqi və ya etnik azlığın nümayəndəsi olmalıdır. Əks təqdirdə yerdə qalan truppanın ən azı 30 faizi qadınlar, irqi, etnik, seksual azlıqlardan və ya fiziki məhdudiyyətli şəxslərdən ibarət olmalıdır.

Eyni tələb filmin istehsalında iştirak edən texniki və yaradıcı heyət qarşısında da qoyulur, o cümlədən marketoloqlar, ictimaiyyətlə əlaqələr və kinoprokatla məşğul olanlara da aid edilir.

Sonuncu meyar isə yuxarıda adı çəkilən qruplardan stajçı və təcrübəçi dəvət etmək barədədir.

Yeni qaydalar 2024-cü ildə “Oskar”a namizəd olan filmlərə tətbiq ediləcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər