16 C
Baku
Saturday, April 13, 2024

Ötən ay Azərbaycanda inflyasiyanın kəskin azalmasının səbəbi açıqlanıb – Rəsmi

Ötən ay Azərbaycanda illik inflyasiya 1.7% təşkil edib. Bu göstərici 2022-ci ilin yanvar ayında 12.5%, ötən ilin yanvar ayında isə 13.6% təşkil edib. Ötən ay ölkədə illik inflyasiyanın kəskin enməsinə nə təsir edib?

İqtisadiyyat Nazirliyindən bildirib ki, 2023-cü il ərzində ölkəmizdə inflyasiyada əvvəlki illə müqayisədə azalma davam edib.

“Belə ki, 2023-cü ilin dekabr ayında cəmi məhsul və xidmətlər üzrə illik inflyasiya əvvəlki ilin müvafiq göstəricisinə nəzərən 12.3 faiz bəndi azalaraq 2.1 faiz təşkil edib. 2023-cü ilin dekabr ayında ərzaq məhsulları üzrə illik inflyasiya 0.8 faiz, qeyri-ərzaq məhsulları üzrə 2.7 faiz, ödənişli xidmətlər üzrə isə 3.7 faiz olub. İnflyasiyada səngimə 2024-cü ildə də davam edib və cari ilin yanvar ayında bu göstərici 1.7%-ə enib”, – deyə qeyd olunub.

Nazirlikdən həmçinin bildirilib ki, eyni zamanda, 2023-cü il ərzində orta illik inflyasiya (2022-ci ilin göstəricisi ilə müqayisədə 5.1 faiz bəndi azalaraq) 8.8 faiz təşkil edib:

“Ticarət tərəfdaşları üzrə inflyasiyanın nisbətən azalması, dünya əmtəə bazarlarında qiymətlərin enməsi, profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri inflyasiyaya azaldıcı təsir göstərib.

Qeyd edilənlərlə yanaşı, qlobal əmtəə, enerji və ərzaq qiymətlərində azalmanın davam etməsi ölkəyə inflyasiya idxalını məhdudlaşdırmaqla inflyasiyaya azaldıcı təsir edib.

Qiymətlərin zəruri gündəlik tələbat məhsulları üzrə daxili istehsalın təşviqi, eyni zamanda ölkədə qiymətlərin bazar prinsipləri əsasında formalaşmasını qorumaqla işgüzar fəallığa və əhalinin sosial rifahına inflyasiyanın təsirlərini minimallaşdırmaq məqsədilə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” və “İnflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi istiqamətində əlavə tədbirlər barədə” sərəncamlarında nəzərdə tutulan kompleks tədbirlərin icrası da inflyasiyaya azaldıcı təsir göstərib”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər