11 C
Baku
Cümə axşamı, Oktyabr 28, 2021

Ötən ay taksi istifadəçilərinin sayı 16% artıb

Azərbaycanda bu ilin yanvar ayında minik taksilərinin xidmətindən 5 milyon 430 min nəfər istifadə edib.

Banker.az Dövlət Statistika komitəsinin heabatına istinadən xəbər verir ki, illik müqayisədə bu, 16.1% çoxdur

Belə ki, 2020-ci ilin yanvar ayında taksi xidmətlərindən 4 milyon 677 min nəfər istifadə edib.

Azərbaycanda bu ilin yanvar ayında avtobuslarla isə  63 milyon 118 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 51% azdır.

Azalma koronavirus pandemiyası çərçivəsində aprel ayından ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədardır.

Son xəbərlər
Oxşar xəbərlər