5 C
Baku
Wednesday, February 21, 2024

Ötən il icbari tibbi sığorta çərçivəsində 8 milyondan çox tibbi xidmət göstərilib

İcbari tibbi sığortanın tətbiq edildiyi 23 inzibati ərazidə fəaliyyət göstərən Mərkəzi Xəstəxanaların və onların struktur bölmələrinin, habelə Müalicə Diaqnostika Mərkəzlərinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim etdikləri ilkin hesabatlara əsasən ötən il ərzində 1 147 834 nəfər sözügedən müəssisələrə ümumilikdə 4 170 432 dəfə müraciət edib.

Banker.az xəbər verir ki, agentlikdən  verilən məlumata görə, bu müraciətlər üzrə 8 339 508 tibbi xidmət göstərilib.

Beləliklə, sözügedən ərazilərdə rəsmi qeydiyyatda olan əhalinin 50%-i tibb müəssisələrinə müraciət edərək xidmətlərdən yararlana bilib. Ən çox müraciət olunan şəhər və rayonların beşliyi: Mingəçevir şəhəri (449 837), Xaçmaz (348 856), Ağdaş (328 756), Zaqatala (291 814) və Yevlax (275 779) rayonları, ən çox tibbi xidmət göstərən tibb müəssisələri Mingəçevir şəhər Mərkəzi Xəstəxanası (1 156 586), Xaçmaz (615 557), Ağdaş (512 834), Yevlax (512 451) və Şəki (510 891) rayon Mərkəzi Xəstəxanalarıdır (523 632).

Məlumat üçün bildiririk ki, 2020-ci ilə dair dəqiqləşdirilmiş hesabat cari ilin mart ayının sonunda hazırlanacaq.

Son xəbərlər
Digər xəbərlər