22 C
Baku
Friday, May 24, 2024

Ötən il korrupsiya əməlinə görə həbs edilən şəxslərin sayı açıqlanıb

Ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 405 şəxs barəsində 280 cinayət işinin ibtidai istintaqı tamamlanıb, onlardan 336 şəxs barəsində 224 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.

Bu barədə Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında qeyd edilib.

Qeyd edilib ki, həmin işlərdən 80 hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraat aparılaraq, hüquqi şəxslər və rəhbərləri məhkəmə məsuliyyətinə verilib.

Həmçinin 2023-cü ildə məhkəmələrə korrupsiya və oxşar şübhələrlə ümumilikdə 336 şəxs barəsində 224 cinayət işi göndərilib. Bunlardan 66 şəxs barəsində 45 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 69 şəxs barəsində 51 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 67 şəxs barəsində 34 iş rüşvət alma (passiv rüşvətxorluq), 48 şəxs barəsində 26 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, 7 şəxs barəsində 5 iş cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, qalanları isə digər faktlarla əlaqədar olub. Hesabatda qeyd edilib ki, ötən il korrupsiya ilə bağlı 56 şəxs cinayət başında yaxalanıb.

Mənbətrend
Son xəbərlər
 ⁠
Digər xəbərlər