22 C
Baku
Friday, April 19, 2024

Ötən il Qarabağda avtomobil və dəmir yolları layihələrinə ayrılan vəsait tam xərclənib

2023-cü il ərzində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində avtomobil və dəmir yollarının tikintisi, bərpası və yenidən qurulması layihələri üzrə ümumilikdə 3 milyard 675,9 milyon manat vəsait ayrılıb.

Bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilib.

“Bu vəsait dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına maliyyələşdirilib və tam həcmdə istifadə olunub”, – hesabatda deyilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər