26 C
Baku
Saturday, July 27, 2024

Ötən il Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4 mlrd ABŞ dolları olub

2020-ci ildə Türkiyə və Azərbaycanın ticarət dövriyyəsi 4 milyard 160 milyon 825 min ABŞ dollar təşkil edib.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, Ticarət dövriyyəsinin dəyəri əvvəlki ilin göstəricilərinə nisbətən 8%-e qeder azalıb.

Belə ki, 2019-cu ildə Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi  4 milyard 509 milyon 496 min ABŞ dolları təşkil edirdi.

Qeyd edək ki, hesabat dövründə Azərbaycandan Türkiyəyə 2 milyard 597 milyon 777 min dollar dəyərindən məhsul ixrac edilib. 2019-cu ilin göstəricilərinə nəzərən ixrac həcminin dəyəri 9.3% azalıb.

Eləcə də, Türkiyədən Azərbaycana 1 milyard 563 milyon 48 min ABŞ dollar dəyərində məhsul idxal edilib. İdxal həcminin dəyəri əvvəlki ilə nisbətən 5.1% azalıb.

2020-ci ildə Azərbaycanla ümumi ticarət dövriyyəsində Türkiyənin payı 17% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər