Dövlət Gömrük Komitəsi 2018-ci il üzrə ən çox ixrac olunan neft və qeyri-neft məhsullarının siyahısını açıqlayıb.
Bu barədə Banker.az DGK-nin hesabat müddətinə açıqladığı məlumata istinad edir.
Belə ki, 2018-ci il üzrə ixrac malları sırasında neft-qaz məhsullarının ümumi çəkisinin ixracda payı 91,17% və ya rəqəmlə ifadədə 17,74 mlrd. ABŞ dolları təşkil etmişdir. Qeyri-neft məhsullarının isə ümumi ixracda payı cəmi 8,83% təşkil etmişdir. Bildirək ki, bu rəqəm ötən il ərzində 11,38% təşkil edirdi.
Bu göstəriciyə 80.78 % xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları, 2.68% neft məhsulları (2710 mal kodu üzrə), və 7.71% təbii qaz məhsulları daxildir.
Eyni hesabat dövrü ilə müqayisədə yuxarıda qeyd olunan göstəricilər üzrə yekun nəticə 2017-ci ildə 88,62% təşkil edib ki, bu da ötən illə müqayisdə ixracda neft-qaz məhsullarının ixracda payının daha da artması deməkdir.