16 C
Baku
Thursday, May 2, 2024

Ötən il Azərbaycana 96 min ədədə yaxın avtomobil gətirilib

2023-cü ildə Azərbaycana 1 milyard 681 milyon dollar dəyərində 95 971 ədəd nəqliyyat vasitələri idxal olunub.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə nəqliyyat vasitələrinin idxalı dəyər ifadəsilə 59%, miqdar ifadəsilə 29% artıb.

2022-ci ildə Azərbaycana 1 milyard 58 milyon dollar dəyərində 74 577 ədəd nəqliyyat vasitələri idxal olunmuşdur.

Ötən il Azərbaycana minik avtomobillərinini idxalı 88 151 ədəd ikən, əvvəlki ildə 68 684 ədəd təşkil edib.

Bu avtomobillərin 14 098-i (386.295 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 3 102-si (125.268 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər