14 C
Baku
Thursday, May 16, 2024

Ötən il Dövlət Neft Fondunun aktivləri 9,5% azalıb

2015-ci ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 9,5% – $33 mlrd. 574,1 mln.-a qədər azalıb. Bu barədə fondun məlumatında deyilir.

“2015-ci il ərzində fondun gəlirləri 7 mlrd. 721,1 mln. manat, xərcləri 9 mlrd. 187,7 mln. manat təşkil edib”, – deyə məlumatda qeyd olunur.neft fondu

Fondun gəlirləri strukturunda mənfəət nefti və qazının satışından daxilolmalar 7 mlrd. 369,6 mln. manat, tranzit gəlirləri 11,6 mln. manat, bonus ödənişləri 2,1 mln. manat, akrhesabı ödənişlər 2,2 mln. manat təşkil edib.

2015-ci il ərzində fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 335,6 mln. manat təşkil edib.

Hesabat dövründə fondun xərcləri strukturunda ən çox məbləğ – 8 mlrd. 130 mln. manat dövlət büdcəsinə transfertlərin payına düşüb.

Bundan başqa, qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 150 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 90 mln. manat, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə 61,5 mln. manat, “Cənub Qaz Dəhlizi” layihəsi üzrə 692,8 mln. manat, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 35,5 mln. manat, Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə 27,9 mln. manat vəsait yönəldilib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı fondun büdcədənkənar gəliri 23 mlrd. 217,8 mln. manat təşkil edib.

Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qazın nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və s. mənbələrdən daxil olan gəlirlər toplanır.

Neft Fondu rübdə bir dəfə gəlir və xərcləri barədə hesabat təqdim edir.

©İnterfaks Azərbaycan

Son xəbərlər
 ⁠
Digər xəbərlər