16 C
Baku
Thursday, March 28, 2024

Ötən il işsizlikdən sığorta və müavinət alanların sayı açıqlanıb

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2 449 nəfərə işsizlikdən sığorta, 6 331 nəfərə işsizlik müavinəti ödənilib.

Banker.az-ın Nazirlikdən əldə etdiyi məlumata əsasən  2018-ci ilin əvvəlindən ölkəmizdə işsizlikdən sığorta sisteminin tətbiqinə başlanılıb. Müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində işini itirmiş və aidiyyəti rayon (şəhər) Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alınmış şəxslərə işsizlikdən sığorta ödənişi verilir. Ötən il işsizlik müavinəti ödənilənlər isə əvvəlki, yəni 2017-ci ildə həmin müavinət təyin edilmiş və müavinətin ödənişi 2018-ci ildə davam edən şəxslər olub.

Eyni zamanda, keçən il xidmət 2 559 nəfəri peşə hazırlığına cəlb edib. Onlardan 1 447 nəfəri qadınlar, 1 270 nəfəri gənclər, 215nəfəri məcburi köçkünlər, 85 nəfəri əlilliyi olan şəxslər və b. olub. Qeyd olunan dövrdə 118 138 nəfər gənc isə peşəyönümü tədbirlərinə cəlb edilməklə, onlara əmək bazarında peşə və ixtisaslara olan tələbat, məşğulluq xidmətləri barədə məlumatlar, peşəyönümü məsləhətləri verilib.

Son xəbərlər
Digər xəbərlər