7 C
Baku
Thursday, December 12, 2024

Ötən il kartofun ucuz satışı Cəlilabadda məhsuldarlığın azalmasına səbəb olub

Bu il Cəlilabad rayonunda kartofun məhsuldarlığı xeyli azalıb.

Bu barədə Cəlilabad Rayon Statistika İdarəsindən məlumat verilib.

Məlumata görə, hesabat dövründə 2900 hektar sahədən 61 min ton kartof yığılıb, məhsuldarlıq 210 sentner olub, ötən il bu göstərici 290 sentnerə yaxın olub. Ötən il 5.5 min hektar sahədə 158.92 min ton kartof yetişdirilib.

Fermerlərin sözlərinə görə, son illər məhsulun tədarükü ilə bağlı problemlər müşahidə olunur. Belə ki, ötən il məhsul 20-25 qəpiyə satılıb. Bu qiymət də çəkilən xərcləri ödəmir. Eyni zamanda fermerlər ötən il daşınma xərci baha olduğu üçün Rusiya bazarlarına da məhsul göndərə bilmədiklərini deyirlər.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər