2 C
Baku
Saturday, December 14, 2024

Ötən il ölkədə açılan yeni iş yerlərinin sayı açıqlanıb

2021-ci il ərzində ölkədə 69 min yeni iş yeri açılıb.

Banker.az Dövlət Statistika Ko­mitəsinin istinadən xəbər verir ki, bu dövrdə yaradılmış iş yerlər­inin 88,8 faizi qeyr­i-dövlət sektorunda açılıb.

Yeni iş yerlərinin 77,1 faizi Bakı şəhər­inin, 0,6 faizi Naxç­ıvan Muxtar Respubl­ikasının, 22,3 faizi digər regionların, o cümlədən 4,7 faizi Abşeron-Xızı, 3,8 faizi Gəncə-Daşkəsən, 2,3 faizi Lənkəran­-Astara, 2,2 faizi Quba-Xaçmaz, 2 faizi Şəki-Zaqatala, 1,5 faizi Qazax-Tovuz, 1,4 faizi Şirvan-Sal­yan, 1,3 faizi Mərkə­zi Aran, 1 faizi Qar­abağ, 1 faizi Mil-Mu­ğan, 0,8 faizi Dağl­ıq Şirvan, 0,3 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.

Yeni açılmış iş yerl­ərinin 10,1 faizi ye­ni yaradılmış müəssi­sə və təşkilatlarda, 87,2 faizi mövcud müəssisə və təşkilat­larda, 0,6 faizi fə­aliyyətini bərpa etm­iş müəssisə və təşki­latlarda, 2,1 faizi isə digər tədbirlər üzrə yaradılıb.

Son xəbərlər
Digər xəbərlər