14 C
Baku
Saturday, April 27, 2024

Ötən il Türkiyədə ev alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Ötən il xarici ölkə vətəndaşları Türkiyədə 67 min 490 mənzil alıblar.

Qeyd olunan tarixdə vətəndaşlarımız qardaş ölkədə 139 mənzil alıblar. Ötən ilin son ayının statistikasına görə Türkiyədə mənzil alan xarici ölkə vətəndaşlarının siyahısında həmvətənlərimiz 8-cidir.

Ümumilikdə isə Azərbaycan vətəndaşları 2022-ci il ərzində Türkiyədə 1330 mənzil alıblar. Bununla da qardaş ölkədə ötən il ərzində mənzil alan xarici ölkə vətəndaşlarının siyahısında Azərbaycan vətəndaşları 9-cu pillədə qərarlaşıb.

2022-ci ildə Türkiyədə mənzil alan xarici ölkə vətəndaşlarının ilk üçlüyünə gəlincə, Rusiya vətəndaşları bu siyahıda birinci pillədədir (16 min 312). İran vətəndaşları 8 min 223 mənzillə ikinci, İraq vətəndaşları isə 6 min 241 mənzil sayı ilə üçüncü yerdədir.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər