8 C
Baku
Friday, December 13, 2024

Ötən il vergi orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərin sayı 11% azalıb

Ötən il vergi sistemində idarəetmə prinsipləri yenidən təşkil edilib və təkmilləşdirilib, müasir innovativ texnologiyalar tətbiq olunub, şəffaflığın təmin edilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi ilə bağlı əhatəli tədbirlər həyata keçirilib.

Bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Azərtac” da dərc olunmuş məqaləsində qeyd olunub. Onun sözlərinə görə, 2018-ci ildə Vergilər Nazirliyinin xətti ilə daxilolmalar milyard 418 milyon manat və yaxud 100,5% olub, 2017-ci ilə nisbətən 444 milyon manat və ya 6,4 faiz çox icra edilib.

S.İsmayılov bildirib ki, vergi uçotunun və mal dövriyyəsinin şəffaflaşdırılması bu sahədə vətəndaş müraciətlərinin sayına da öz təsirini göstərib, ötən il vergi orqanlarının fəaliyyəti ilə bağlı müraciətlər 2017-ci illə müqayisədə 11,2% azalıb. Şöbə müdiri əlavə edib ki, bununla belə, bu mövzu üzrə müraciətlərin sayı 2019-cu ildə görüləsi işlərin hələ çox olduğunu göstərir.

“Azərbaycanda vergi inzibatçılığının təkmilləşdirilməsi, biznes fəaliyyətinin yaxşılaşmasına şərait yaradan islahatların aparılması nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da yüksək qiymətləndirilib. Dünya Bankının hazırladığı biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni əks etdirən “Doing Business 2019” hesabatında birbaşa vergi məsələlərinə aid iki indikator üzrə Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşaraq, “Biznesə başlama” indikatoru üzrə son bir ildə 18-ci yerdən 9-cu yerə, “Vergilərin ödənilməsi” indikatoru üzrə isə 35-ci yerdən 28-ci yerə yüksəlib və həmin göstəricilər üzrə respublikamız MDB məkanında ilk yerlərdən birini tutur”, – deyə S.İsmayılov vurğyulayıb.

©Report

Son xəbərlər
Digər xəbərlər