22 C
Baku
Friday, April 26, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri “Overdraft” krediti verən banklar: Hansı şərtlərlə verilir?

“Overdraft” krediti verən banklar: Hansı şərtlərlə verilir?

0
“Overdraft” krediti verən banklar: Hansı şərtlərlə verilir?

MÜASİR DÜNYADA İNSANLAR daima maliyyə problemləri ilə qarşılaşır. Bir çoxları öz xərclərini düzgün hesablaya bilir, bəzilərində bu heç də yaxşı alınmır. İkinci qrupa aid olan insanlar çoxluq təşkil edir. Hətta onlar həmişə maaş alana qədər tanışlardan borc pul götürməyə məcbur olurlar. Bu, ona görə baş verir ki, bir çoxları “mikrokredit” və ya başqa adla “overdraft”dan xəbərsiz olurlar.

Overdraft elə bir kredit vermə prosesidir ki, bu zaman insan müəyyən məbləğdə vəsait alır, lakin bu məbləğdən bir qədər artıq xərcləyə bilir.

Belə bir sistemin bir sıra xüsusiyyətləri var:

  • Qısamüddətli kreditləşmə prosesidir (12 ay)
  • Gəlirdən asılı olan müəyyən limit həddi təyin olunur
  • Müəyyən olunmuş limitdən artıq xərclənmiş pullara faizlər gündəlik hesablanır

Ona görə də ‘overdraft’ın banklar rəsmiləşdirilməsi zamanı gəlirlərdən, eləcə də işə götürəndən əmin olmağa çalışırlar. 

Bundan əlavə, son vaxtlarda qısamüddətli kredit verilməsi fiziki şəxslər – plastik kart istifadəçiləri üçün də tələb olunur.

İlk növbədə, əlbəttə ki, pul vəsaitinin operativ əldə olunmasıdır. Borc götürənə kreditin verilməsi məsələsinin həlli üçün bir dəfə sənədləri təqdim etmək kifayət edir. Müsbət nəticədə o avtomatik olaraq kredit müqaviləsi müddətində heç bir sənəd təqdim etmədən qeyri-məhdud sayda kredit almaq imkanını qazanır.

İkinci vacib məsələ, kreditin məqsədsiz istifadəsidir. ‘Overdraft’ın sayəsində borc götürənə bank və müştərinin bağladığı kredit müqaviləsi əsasında borcların ödənişindən savayı müxtəlif ödəmələr aparıla bilər.

Nöqsan kimi qısamüddətli kreditlər verən bankların, eləcə də bank komissiyalarının qoyduğu faiz dərəcəsinin yüksəkliyini göstərmək olar. Bu onunla əlaqədardır ki, banklar vasitələrin ehtiyatda saxlaması ilə itkiləri kompensasiya etmək istəyir. Azərbaycan reallığında bank ‘overdraft’ krediti ilə klassik istehlak krediti arasında 5-10%-ə qədər fərqlə təklif edir. Və ya, bank da var ki, öz debet kartları ilə fiziki şəxslərə faizsiz overdraftlar təqdim edir. Lakin etiraf etməliyik ki, hazırda bu növ kreditlər öncəki illərlə müqayisədə Azərbaycanda bir xeylim azalıb.

İstehlak üzrə – “PAŞA Bank”, “Azər Türk Bank”, “Ata Bank”, biznes üzrə isə yalnız “Access Bank”da bu növ kredilər vardır.

Banker.az olaraq bu bankların “overdraft” kreditini hansı şərtlərlə verilməsini oxuculara təqdim edəcəyik. Biz daha çox 30 iyul 2019-cu il tarixinə olan istehlak kreditləri üzrə “overdraft” krediti təklif edən banklar barədə məlumat verəcəyik:

‘Ata Bank’ – Overdraft krediti

Əmək haqqını “Ata Bank”dan alan şəxslər (plastik kartları ilə alan müştərilər) 30 günlük overdraft kredit xəttindən yararlana bilərlər.

Kreditin şərtləri

  • Maksimal məbləğ: Əmək haqqının 50%-dək
  • Maksimal müddət: 30 gün
  • İllik faiz dərəcəsi: 28%

Tələblər

  • Yaş həddi: 20 – 65 yaş
  • Kreditin ödənişi: borcalanın növbəti ayın əmək haqqı məbləği hesabına oturduğu anda kredit məbləği avtomatik olaraq silinəcəkdir
  • Valyuta: Əmək haqqı ilə eyni valyutada
  • İş təcrübəsi: Minimum 1 il (əmək haqqını AtaBank-ın plastik kartı ilə ən az 6 ay almalıdır)
  • Komissiya: Bankın tariflərinə əsasən müəyyən olunur

Tələb olunan sənədlər:

  • Borcalanın şəxsiyyət vəsiqəsi;
  • Borcalanın əmək haqqı hesabından çıxarışı.

“PAŞA Bank” –  Avans Kredit

“PAŞA Bank” da özünün bütün əməkhaqqı kart sahibləri 0% ilə avans kredit xətti imkanından faydalana bilərlər.

Üstünlüklər
Uzunmüddətli güzəşt dövrü – 50 günədək. Beləliklə, istifadə edilmiş məbləğ növbəti ayın 20-dək ödənildiyi halda heç bir faiz hesablanmır
İstifadə haqqı:
Nağdsız əməliyyatlar üçün – PAŞA Bankın POS terminallarında 0%, digər POS terminallarda isə 0.5%
Nağdlaşdırma üçün – 1%
• Kredit xəttinin ödənilməsi əməkhaqqı kartına mədaxil zamanı avtomatik olaraq təmin olunur
• Kredit xəttinin müddəti 12 ay təşkil edir
• Kredit xəttinin məbləği xalis əmək haqqının 1 mislinədək verilir

Tələblər
• Kredit yalnız PAŞA Bank əmək haqqı kart sahiblərinə ayrılır. Eyni zamanda, kreditin verilməsi ilə bağlı son qərar müştərinin təhlili əsasında müəyyən olunur
• Yaş həddi minimum 20, maksimum isə kreditin bitmə tarixinədək 60 olmalıdır
• Cari iş yerində staj minimum 6 ay olmalıdır

Sənədlər:
• Şəxsiyyət vəsiqəsi
• İş yerindən arayış

Qeyd edək ki, overdraft kreditini həmçinin bankın mobil əlavəsindən də birbaşa sifariş etmək mümkündür.

“Azər Türk Bank” – Əmək haqqı üzrə kredit xətti 

“Azər Türk Bank”ın əməkhaqqı kartı sahibləri əməkhaqqı kartı üzrə avans kredit xətti aça bilərlər. Məbləğ xərcləndikdə, gələn əməkhaqqından xidmət haqqı ilə birlikdə tutulur və ödəniş həyata keçdikdən sonra bərpa olur. Xidmət haqqı yalnız kredit xətti üzrə əlavə edilən məbləğ xərcləndikdə tutulur.

Kreditin şərtləri

  • Maksimal məbləğ: Əmək haqqının 50%-dək
  • Maksimal müddət: 30 gün
  • Kredit üzrə birdəfəlik bank komissiyası: 8%

Tələblər

  • Yaş həddi: 20 – 60 yaş
  • Kreditin ödənişi: borcalanın növbəti ayın əmək haqqı məbləği hesabına oturduğu anda kredit məbləği avtomatik olaraq silinəcəkdir
  • Valyuta: Əmək haqqı ilə eyni valyutada
  • İş təcrübəsi: Ümumi 12 ay, son iş yerində ən azı 6 ay
  • Xalis rəsmi gəlir: min. 500 AZN

Tələb olunan sənədlər:

  • Borcalanın şəxsiyyət vəsiqəsi;
  • Borcalanın əmək haqqı hesabından çıxarışı.

“Access Bank” – Overdraft

“Access Bank” “overdraft” kreditləri təklif etdiyi müştərilər yuxarıda qeyd etdiyimiz kimi biznesi – fərdi sahibkarları və hüquqi şəxsləri əhatə edir. Bankın təklif etdiyi overdaft limit müştərinin əmək haqqına kartına deyil, onun hesabı əsasında təyin olunur.

Pul vəsaitinə müvəqqəti ehtiyacı yaranan müştərilər üçün kredit məhsuludur və hesabdakı vəsaitdən daha artıq ödəniş etmək imkanı yaradır.

Overdraft limiti müştərinin hesabları üzrə dövriyyəsindən asılı olaraq razılaşdırılır və 6-12 ay müddətinə təqdim olunur. Overdraft müştəri tərəfindən bir neçə dəfə, tam və ya qismən, təyin olunmuş müddət və məbləğ çərçivəsində istifadə oluna bilməsi mümkündür.

Sabir Mirzəyev