“Himayədar ailə” modelinin tətbiqi ilə bağlı “Gatekeeping” (Himayədar ailə) altsisteminin hazırlanması işləri artıq yekunlaşır.
Banker.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, altsistem “e-sosial” internet portalı tərkibində yaradılır və yaxın vaxtlarda istifadəyə veriləcək.
Himayədar ailə (himayədar valideyn) olmaq istəyən şəxslərin və himayədar ailəyə veriləcək uşaqların vahid uçotu bu altsistem vasitəsilə həyata keçiriləcək. Himayədar ailə institutu valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağın ailə mühitində yaşaması və inkişafına xidmət edəcək. Bu model beynəlxalq təcrübədə geniş tətbiq olunur.
Qeyd edək ki, valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş hər bir uşaqla bağlı proseslərin uçotu hazırda e-qaydada aparılır.