Özəl sektora maraq dövləti üstələyir

  •  
  •  
  •  
  •  

2019-cu il martın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5129,9 min nəfər olmuş, onlardan 4876 min nəfərini məşğul əhali təşkil etmişdir.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinad edir.

Cari il fevralın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1523,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 862,8 min nəfər, qeyri-dövlət sektorunda isə 661,0 min nəfər təşkil etmişdir.

Ötən ilin müvafiq dövründə isə muzdla işləyən 1508,4 min nəfərdən 881 mini dövlət sektorunda, 627,4 min nəfəri isə özəl sektorda çalışıb. Belə ki, dövlət sektorunda işləyənlərin sayında 2 % azalma, özəl sektorda işləyənlərin sayında isə 5,3 % artım müşahidə olunur.

 


  •  
  •  
  •  
  •