10 C
Baku
Thursday, December 12, 2024

Özəldə işləyənlər dövlətdə işləyənlərdən 44% çox maaş alırlar

2019-cu ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilə nisbətən 16,6 faiz artaraq 634,8 manat təşkil etmişdir.

Banker.az xəbər verir ki, əməkhaqqı neft-qaz sektorunda 3108,4 manat, qeyri neft-qaz sektorunda 579,1 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 531,2 manat, özəl müəssisələrdə isə 766,9 manat olmuşdur.

Dövlət müəssisələrində çalışan işçilərin orta aylıq əməkhaqları 531,2 manat, özəl müəssisələrdə isə 766,9 manat olmuşdur (özəl sektor 44,4 % daha çox maaş alır).

Ən yüksək orta aylıq əməkhaqqı özəl mədənçıxarma (4008,6 manat), peşə, elmi və texniki fəaliyyət (2042,5 manat), maliyyə-sığorta (1619,3 manat), informasiya və rabitə sektorundadır (1343,3 manat).

Son xəbərlər
Digər xəbərlər