24 C
Baku
Wednesday, May 22, 2024

Öz ərizəsi ilə işdən çıxanlara müavinət veriləcək?

Öz ərizəsi ilə işdən çıxanlarla bağlı Dövlət Məşğulluq Agentliyi ilə danışıqlar aparırıq.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsində deyib.

Komitə sədri bildirib ki, gələcəkdə öz ərizəsi ilə işdən çıxan və bir müddət işsiz olan şəxslərə hər hansı bir şəkildə sosial müavinət və ya dəstək verilə bilər.

M.Quliyev əlavə edib ki, pandemiya dövründə 327 min şəxsin işdən çıxması ilə bağlı məlumat verilib: “Amma onu da qeyd edim ki, 387 min insan isə işə qəbul olunub. İşdən çıxanların bir hissəsi ola bilsin daha yaxşı işə gediblər. Heç kəs onların məcburi yolla ərizə yazdırılaraq işdən çıxarıldığnı deyə bilməz. Vətəndaşlar üçün belə hal olubsa, müraciət üçün lazımi qurumlar var. Onlar öz hüquqlarından istifadə edə bilərlər”.

MənbəTrend
Son xəbərlər
 ⁠
Digər xəbərlər