Stiv Vanner Ernst & Young şirkətinin ortağı, 37 yaşlı, hörmətli aləli və dörd kiçik uşaq atasıdır. Biz keçən il onunla rastlaşanda o gün ərzində 12 saatdan 14 saata qədər işləyir, əldən düşmüş və yorğun olur, axşam vaxtlarında ailəsi ilə bütünlüklə maraqlanmağa vaxt ayıra bilmir, buna görə də özünü günahkar və həyatından narazı hiss edirdi.
O pis yatır, heç vaxt idman etmir, nadir hallarda sağlam qidalar qəbul edir, bunun əvəzinə isə bir dişləm götürür ki, yol üstü ya da iş masasının arxasında yesin.
Vannerin təcrübəsi heç də nadir hal deyildi. Bizlərdən çoxu iş yerindəki artan tələblərə məhz daha çox saat ayırmaqla cavab verə bilirik, bu isə bizdə fiziki, əqli və emosional itkilərə səbəb olur. Bu bizdə məsuliyyət hissinin azalmasına, fikrin yayınmasının isə əksinə artmasına və işçilər arasında tibb xərclərin daha da çoxalmasına gətirib çıxarır. Biz ötən beş il ərzində Enerji Proyekt çərçivəsində minlərlə rəhbər və menecerlərlə treninq və konsultasiya xarakterli görüşlər təşkil etmişdik. Bizə hər dəfə hər şeyi qaydasında saxlamağın və öhdəsindən gəlməyin getdikcə nə qədər çətin olduğunu və artıq son həddə çatdığını deyən rəhbərlərin sırasındakı ardıcıllıq bizi heyrətə gətirirdi.
Problemin mərkəzi onda idi ki, işləmək üçün daha çox saat tələb olunduğu halda biz hamımız bilirik ki, zaman məhdud –sərhədləri olan bir resursdur. Enerji ilə isə məsələ tam fərqlidir. Bizim işləmək üçün fiziki qabiliyyətimiz kimi səciyyələnən enerji – insan varlığının dörd əsas elementindən törəyir: bədən, emosiyalar, şüur və ruh. Hər birində enerji sistemli şəkildə genişlənə və müntəzəm olaraq yenidən təzələnə bilər. Bunun üçün xüsusi vərdişlər və davranış tərzi yaradılmalı və onları mümkün qədər qeyri ixtiyari və avtomatik edə bilmək məqsədi ilə davamlı olaraq məşq edilməli və ciddi riayət olunmalıdır.
Əgər təşkilatlar iş qüvvəsinin təkrar bərpa olunmasını istəyirlərsə onlar əsas aksenti işçidən nə qədər çox almaq üzərinə deyil, işçiyə mümkün qədər daha çox sərmayə etmək üzərinə salmalıdırlar Belə də işçilər daha motivasiyalı olacaq və hər gün işə özlərini daha yaxşı həsr edəcəklər. Özünə yenidən enerji yükləmək üçün, insanlar enerji itkisinə səbəb olan hərəkətlərin tanımalı və olduqları vəziyyətdən asılı olmayaraq onları dəyişmək məsuliyyətini öz üzərilərinə götürməlidirlər.
Vannerin öz enerjisini idarə etmək üçün təsis etdiyi vərdiş və davranışlar onun həyatını dəyişdi. O, yataqdan daha tez qalxır və içməyi tərgitir, çünki içki onun yuxusunu pozurdu. Beləliklə o yuxudan qalxanda özünü daha dincəlmiş hiss edir və idman etməyə daha çox həvəsi olur. Indi o demək olar, hər səhər idman edir. İki aydan da az vaxta, 15 funt (1 funt=453,6 q) çəki itirmişdi. O, indi səhər yeməyini ailəsi ilə birlikdə yeyir. Vanner indi də işdə gec saatlara qədər işdə olur, lakin yol boyu o özünü bərpa etməyə çalışır. O, qəlyan altı etmək üçün iş masasının arxasında durur, tez-tez səhər və günorta gəzintisinə çıxır. O, gecə evə qayıdanda əvvəlki ilə müqayisədə daha az yorulur və xanımı və uşaqları ilə daha yaxşı münasibət saxlamaq gücündə olur.
Belə sadə vərdişlərin qurulması təşkilat ətrafında heyranedici nəticələrə gətirib çıxara bilər. Wachovia bankında biz bir qrup əməkdaşı eksperimental enerji idarə edilməsi proqramından keçirtdik. Sonra isə onların işini digər nəzarət qrupundan olan əməkdaşların göstəriciləri ilə müqayisə etdik. Bizim iştirakçılar nəzarət qrupunu bir sıra göstəricilərə görə qabaqlayırdı, bu sırada maliyyə bölməsini qeyd etmək və onların istehsal etdiyi istiqrazların dəyərini göstərmək olar. Onlar həmçinin müştərilərlə olan münasibətlərində irəliləyişlər əldə etmiş, öhdəlikləri ilə maraqlanma və şəxsi məmnuniyyət hissi atmışdır. Bu məqalədə biz Wachovia təhsil haqqında daha ətraflı söhbət açmaq istəyirik. Sonra biz sizə menecerlərin və icraçıların öz işləmə qabiliyyətini bərpa etmək üçün müntəzəm olaraq nə etməli olduqlarından bəhs edəcəyik. Enerji idarə olunması proyektinin yanaşma tərzi Toninin keçmiş ortağı olan Jim Löherin idmançılarla həftəlik işində tətbiq etdiyi əsas anlayışların genişlənlənməsi və dərinləşməsi üzərində qurulmuşdur.
Təşkilat işçilər üçün bu planda nə edə bilər ?
• “Yenilənmə otaqları” yaratmaq – işçilər ora getməklə özlərini bütün işdən azad etsinlər və mənəvi qidalansınlar
• İdman klubları müqavilə imzalamaq və güzəştli şərtklərlə öz işçilərini ora göndərmək
• Menecerləri işçiləri mütəmadi toplayaraq söhbət etməyə həvəsləndirmək (qeyri rəsmi atmosferdə)
• Görüşlər zamanı işçilərin elektron poçtu yoxlamağı qadağan etmək