26 C
Baku
Tuesday, May 28, 2024

Özbəkistanda elektromobillərin istehsalına başlanılıb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Çinin BYD şirkətinin rəhbəri Van Çuanfu hibrid və elektromobillərin yığılması layihəsinə start veriblər.

Mərasim Ş.Mirziyoyevin Çinə səfəri çərçivəsində BYD-nin Şençjendəki baş qərargahında baş tutub.

Qeyd edilib ki, illik 50 min ədəd istehsal gücünə malik müəssisə Özbəkistanın Cizak regionunda fəaliyyət göstərəcək.

Ş.Mirziyoyev yaxın gələcəkdə model çeşidinin genişləndirilməsi və istehsal gücünün artırılmasının vacibliyinə diqqət çəkib.

Xatırladaq ki, 2023-cü ilin sentyabrında Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi və Çinin BYD şirkəti arasında elektrik və hibrid avtomobillərin və onların komponentlərinin istehsalının təşkili üçün investisiya sazişi imzalanıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər