Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Pakistanın Baş naziri Şahbaz Şərif Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Astana Konfransı çərçivəsində görüşərək Termez-Məzari-Şərif-Kabil-Peşavar marşrutu boyunca trans-əfqan dəmir yolu layihəsinin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər.
Bu barədə Ş.Mirziyoyevin mətbuat xidməti məlumat yayıb.
“Əfqanıstanda sülh yolu ilə nizamlanma və sosial-iqtisadi inkişafı təşviq etmək məqsədilə Termez-Məzari-Şərif-Kabil-Pişəvər dəmir yolunun tikintisi üzrə strateji layihənin həyata keçirilməsi perspektivləri əsaslı şəkildə müzakirə edilib”, – məlumatda deyilir.
Bildirilir ki, Özbəkistan Prezidenti və Pakistanın Baş naziri danışıqlar zamanı ticarət-iqtisadi, investisiya, innovasiya, nəqliyyat-kommunikasiya, mədəni-humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq potensialından səmərəli istifadə etməyə çağırıblar.