-1 C
Baku
Sunday, December 15, 2024

Özbəkistanda müəllimlərin maaşını toyuq-cücə ilə ödəyəcəklər

Keçən il isə əmək haqqlarını kartof, kök və balqabaqla ödəmişdilər.

 “Ozodlik” radiostansiyasının rəsmi saytının verdiyi məlumata görə, Özbəkistanın Nikusskogo rayonunun müəllimlərinə əmək haqqlarını toyuqla ödəməyə başlayıblar.

Mənbənin verdiyi məlumata görə, məktəblərdə toyuq-cücəni müəllimlərə məcburi şəkildə veriblər.

Nikusskogo rayonunun müəllimlərindən biri radiostansiyaya verdiyi məlumatda bildirmişdir ki, keçən il onlara əmək haqqını kartof, kök və balqabaq ilə ödəyiblər.

Digər bir müəllimin bildirdiyinə görə isə, bazarda onlara verilən cücənin dəyəri 3 sum təşkil edir. Müəllimlərə isə həmin cücələrin birini 7 sumdan satmışlar.

Təhsil üzrə məsul məmur müəllimlərə əmək haqqı əvəzinə toyuq verilməsi faktını təsdiqləmişdir.

Qeyd edək ki, yanvar ayında yayılan məlumatlara görə, “Türkmən heyvanları” müəssisəsi öz işçilərinə maaşı qoyunlarla vermişdi.

Son xəbərlər
Digər xəbərlər