25 C
Baku
Monday, April 29, 2024

Özünü tərbiyə nədir?

Hər birimiz “Mənə irəli getmək üçün təkan lazımdır”, “Mənim iradəm güclü deyil”, “Məni yaradıcı insan olmaq üçün yaxşı tərbiyə etməyiblər” kimi şikayətlərə rast gəlirik. Demək olar ki, bu şikayətlərin hər birini ortaq bir mənada birləşdirə bilərik: “Mən kifayət qədər tərbiyə olunmamışam və kimsə tərəfindən tərbiyə edilməyə ehtiyacım var”. 

Burada iki – yaxşı və pis xəbər var. Pis xəbər – artıq kifayət qədər yaşınız varsa yəqin ki, heç kim bununla məşğul olmayacaq. Yaxşı xəbər isə – siz özünüz bununla məşğul ola bilərsiniz.

Bəs özünü tərbiyə necə edilir?

Bu zaman etməli olduğunuz tək şey özünüzü öz valideyniniz olaraq təsəvvür etməyinizdir. Siz həm uşaq, həm valideynsiniz. Heç bir fərq etməz.

Özünü tərbiyə prosesində valideynlərinizin sizi hansı metodlarla tərbiyə etdiklərini yadınıza salın və bu metodları təkmilləşdirərək istifadə etməyə başlayın. Bundan əlavə, digər valideynlərin öz övladlarını necə və hansı yollarla tərbiyə etdiklərinə nəzər yetirin. İnsan özünü tərbiyə edə bilər. Çünki daim özünü tərbiyə ilə məşğul olan insan sözün əsl mənasında insan ola bilər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər