8 C
Baku
Friday, March 29, 2024

Özünü tanıtmaq üsulları – gözlənilməz yerdə reklam

Bu kommunikasiya növünü həm də embient-reklam (ingiliscə ambient – ətraf- mühit) adlandırırlar. Uğurun təminatı – reklamın qeyri adi yerdə yerləşməsidir.

Məsələn, diş fırçaları istehsal edən Oral-B reklamlarını Yaponiyanın Narita hava limanında yerləşdirib Baqajlarını alan sərnişinlər, hərəkət edən qara kəmərin üzərində ağ-diş təsvirləri görürdü. Döngələrdə lentin pərləri acılır və “dişlərin ərpini təmizləyirdi”. Adi fırçalar üçün əlçatmaz olan ərp təmizlənirdi. Elə burdaca lentin üzərində QR-kodlar təsvir olunmuşdu, amma maraqlanan sərnişinləri kompaniyanı saytına aparırdı, burada smartfonlar vasitəsi ilə fırça almaq mümkün idi.

Ətraf mühit mövzusu ilə bağlı maraqlı reklamı A.O.Smith su qızdırıcısı istehsalçısı da düşünmüşdü. A.O.Smith marketerlər diqqət yetirmişlər ki, elektrik cihazları seçərkən istehlakçılar daha çox ətraf aləmi çirkləndirməyən cihazlara üstünlük verirlər. Kompaniya günəş enerji batareyaları ilə işləyən qızdırıcı hazırlayır və onun təşviqatı üçün qeyri standart bir ideya fikirləşir. Şanxayda ( bu şəhər – günəş batareyaları ilə işləyən məhsulları üçün ən maraqlı bazardır) küçədə duş kabinəsi quraşdırılır. Daxildə hər şey adi qaydada idi, amma xaricdən tavana montaj edilmiş qarmaqlardan su əvəzinə günəş şüaları düşürdü. 20 minə yaxın insan belə bir duş qəbul edir. Şanxaydakı satışlar 23% yüksəlir və 2011-ci ilin sonuna A.O.Smith Çinin günəş batareyaları ilə işləyən su qızdırıcıları bazarında ən böyük bazar payına sahib olur.

Son xəbərlər
Digər xəbərlər