26 C
Baku
Saturday, April 20, 2024

Pərviz Şahbazov: “Bu ilin 6 ayında elektrik enerjisinin istehsalı artıb” – Yenilənib

Bu ilin 6 ayında operativ məlumatlara əsasən ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 2.3% artaraq 13 520.5 mln. kVt/st olub. Yanvar-iyun aylarında ötən ilin eyni dövrünə nisbətən su da daxil olmaqla bərpa olunan mənbələrdən 205.3 mln. kVt/st artımla 1 162.7 mln kVt/st elektrik enerjisi istehsal edilib.

Banker.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov öz rəsmi Twitter səhifəsində yazıb.

Nazir qeyd edib ki, bu dövrdə elektrik enerjisinin ixracı 664.1 mln. kVt/st, idxalı isə 71.1 mln. kVt/st təşkil edib.

Həmçinin, Energetika Nazirliyindən Banker.az-a verilən məlumata əsasən, hesabat dövründə ötən ilin 6 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 110.3 mln. kVt/st artaraq 12 357.8 mln. kVt/st təşkil edib.

Yanvar-iyun aylarında SES-lər də daxil olmaqla digər bərpa olunan enerji mənbələrindən (KES,GES, BMTZ) 205.3 mln. kVt/st, yaxud 21.4% artımla 1 162.7 mln. kVt/st elektrik enerjisi istehsal edilib. Elektrik enerjisi istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə SES-lərdə 199.3 mln. kVt/st artaraq 970.6 mln. kVt/st, digər mənbələr üzrə isə 6 mln. kVt/st artaraq 192.1 mln. kVt·st olub. Külək elektrik stansiyalarında 46.8 mln. kVt/st, günəş elektrik stansiyalarında 30.7 mln. kVt/st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTZ) isə 114.6 mln. kVt/st elektrik enerjisi istehsal edilib.

6 ayda elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 12 152.4 mln. kVt/st (İES-lərdə 11 252.8 mln. kVt/st, SES-lərdə 899.6 mln.kVt/st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 210.9 mln. kV/st (İES-lərdə 120.4 mln. kVt/st, SES-lərdə 62.2 mln. kVt/st, GES-də 28.3 mln. kVt/st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 32.7 mln. kVt/st, müstəqil elektrik stansiyaları üzrə 1 124.5 mln. kVt/st təşkil edib.

Cari ilin iyun ayında isə respublika üzrə elektrik enerjisinin istehsalı 2 276.3 mln. kVt/st, idxalı 10.8 mln. kVt/st, ixracı 126.2 mln. kVt/st təşkil edib.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər