“Made in Azerbaijan” brendi təkcə məhsullara deyil, texnologiyalara, konkret həllərə, göstərə biləcəyimiz xidmətlərə də aid olmalıdır”.
Banker.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya sektorunun müdiri Elmir Vəlizadə deyib.
Mövcud imkanların buna yol verdiyini deyən E.Vəlizadə onların getdikcə genişlənəcəyinə də ümid edir: “Azərbaycan şirkətləri layiqli tərəfdaş olaraq, beynəlxalq təşkilatlarla əməkdaşlıq edirlər. Ancaq artıq biz bir çox layihələri milliləşdirməliyik. Milli şirkətlərimizin mütəxəssislərlə təminatı, investisiya potensialı və s. tam şəkildə imkan verir ki, həyata keçirəcəyimiz layihələrdə artıq milli həllərimiz tətbiq olunsun, zamanı çatanda onları dünya miqyasında təqdim edə bilək”.