10 C
Baku
Thursday, December 12, 2024

Pakistan Ali Məhkəməsi İmran Xanın dərhal azadlığa buraxılması qərarını verib

Pakistan Ali Məhkəməsi sabiq Baş nazir İmran Xanın həbsini qanunsuz elan edib.

Bu barədə yerli “Geo Television Network (Geo TV) məlumat yayıb.

Qeyd olunub ki, Ali Məhkəmə İmran Xanın dərhal azadlığa buraxılması qərarını verib.

Xatırladaq ki, ölkənin sabiq Baş naziri və müxalif Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI – Pakistan Tehreek-e-Insaf) rəhbəri İmran Xan dünən məhkəmə qərarı ilə 8 günlük həbs edilib. İmran Xan korrupsiyada, ona və həyat yoldaşına məxsus “Əl-Qadir” fondundan istifadə edərək çirkli pulların yuyulmasında ittiham olunur.

Sabiq hökumət başçısının rəhbərlik etdiyi dövrdə Böyük Britaniyadan köçürülən 60 milyard rupi (təxminən 210,6 milyon dollar) məbləğinin leqallaşdırılmasına görə İmran Xan adı açıqlanmayan daşınmaz əmlak firmasından milyardlarla rupi pul vəsaiti almaqda təqsirli bilinir.

Onun həbsi Pakistanın bir sıra iri şəhərlərində müxalifətin kütləvi etirazlarına səbəb olub.

Pakistanın bir sıra bölgələrində PTİ tərəfdarları ilə polis arasında şiddətli toqquşmalar baş verib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər