16 C
Baku
Saturday, April 20, 2024

Pakistan Baş naziri Türkiyəyə gedib

Pakistan Baş naziri Şahbaz Şərif Türkiyəyə səfər edib.

Bu barədə “Daily Sabah“ məlumat yayıb.

Baş nazir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Bu səfər 10 əyalətdə yüzlərlə binanın dağılması nəticəsində həlak olan on minlərlə insan itirən və fəlakətdən əziyyət çəkən Türkiyə ilə həmrəyliyin nümayişidir.

Qeyd edək ki, Şahbaz Şərif zəlzələdən zərər çəkmiş şəxslərə yardım etmək üçün fond yaradıb. Pakistanın axtarış-xilasetmə qrupları təbii fəlakətdən baş verəndən bir gün sonra zəlzələdən zərər çəkmiş bölgələrdə başlanmış xilasetmə və axtarış əməliyyatlarına dəstək vermək üçün Türkiyəyə gəlib.

Həmçinin Nazirlər Kabinetinin üzvlərinin hər biri bir aylıq əmək haqqlarını yardım fonduna bağışlayacaqlarını açıqladılar.

Şahbaz Şərif fəlakət baş verəndən sonra Nazirlər Kabinetinin toplantısında çıxış edərək Türkiyənin hər zaman Pakistanı ehtiyac duyulan anda dəstəklədiyini bildirib: “Türk qardaşlarımıza kömək etmək bizim dini borcumuzdur”.

Pakistan Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrinə 6.7 ton yardım yükü göndərib ki, bura əsasən çadırlar daxildir.

Son xəbərlər
Digər xəbərlər