Pakistan hökuməti yeni növ koronavirusun yayılması səbəbiylə Çinə qadağan edilən uçuşları bərpa edib.
Bu barədə Aviasiya Nazirinin müavini Əbdül Səttar Xoxar bildirib.
Qeyd edək ki, uçuşlar yanvarın 31-də Ümumdünya Səhiyyə Təşkilatının yeni koronavirusu beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan etdiyindən sonra dayandırılıb.
Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb.
Çindən əlavə, yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.
©BAKU.WS