5 C
Baku
Friday, February 23, 2024

Pakistanlı iş adamları Azərbaycanın sənaye zonalarına investisiya yatırmağa dəvət edilib

Dekabrın 2-də Pakistanın “Global Business Alliance”ın (GBA) sədri Muhammad Asif Noorun başçılıq etdiyi nümayəndə heyəti ilə Sumqayıt Kimya Sənaye Parkında görüş keçirilib.

Banker.az xəbər verir ki, görüş çərçivəsində sənaye zonalarında birgə layihələrin həyata keçirilməsi, rezidentlər tərəfindən istehsal olunan məhsulların ixrac imkanlarına dair müzakirələr aparılıb və pakistanlı iş adamları sənaye zonalarına investisiya yatırmağa dəvət edilib.

Qonaqlara ölkəmizdə fəaliyyət göstərən sənaye zonalarının investisiya imkanları barədə məlumat verilib, sənaye zonalarının təqdimatı göstərilib.

Son xəbərlər
Digər xəbərlər