Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Finex Kredit BOKT” ASC-nin hər birinin nominal dəyəri 1000 dollar olan 100 ədəd faizli ipoteka istiqrazların buraxılışı AZ2009019244 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. İstiqrazların tədavül müddəti 24 ay, gəlirlik dərəcəsi isə 8%-dir. İstiqrazlar qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək.
“Finex Kredit BOKT” ASC-nin həmçinin hər birinin nominal dəyəri 1000 manat olan 200 ədəd faizli ipoteka istiqrazlarının buraxılışı qeydiyyata alınmışdır. Qeydiyyat nömrəsi AZ2010019241 olan istiqrazlar qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək. Sözügedən istiqrazların tədavül müddəti 24 ay, gəlirlik dərəci isə 22% təşkil edir.