8 C
Baku
Thursday, December 12, 2024

Palata sahibkarlara müraciət edib – Şəffaflıqda problem var

“Ümumilikdə 2018-2019-cu illər ərzində banklar tərəfindən verilmiş 14,5 milyard kreditin təqribən 8,5 milyard manatı biznes sektoruna, 6 milyard manatı isə istehlak kreditlərinin payına düşür”.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədr əvəzi İbrahim Alışov məlumat verib.

Onun sözlərinə görə, istehlak və biznes kreditləri arasındakı fərqli dinamika haqqında obyektiv fikirlər deməliyik: “2019-cu ilin 9 ayı ərzində 3,1 milyard manat istehlak bazarına, 3,9 milyard manat isə biznesə kredit verilib. Belə ki, hər ay biznes sektoruna 423 mln manat kredit verilir, 349 mln manat isə istehlak kreditləri təşkil edir”.

İ.Alışov bildirib ki, hazırda 8,5 milyard manat olan biznes kreditlərinin 3,5milyard manatı kiçik və orta biznes sektoruna verilir. Bu il verilən kreditlərin 61 faizi təqribən 1 mln manatdan yuxarıdır: “Bu isə ona dəlalət edir ki, həmçinin təhlillər göstərir ki, kiçik və orta biznes subyektlərinin şəffaflığında problem var. Sahibkarlardan xahisimiz bundan ibarətdir ki, bizneslərini şəffaflaşdırsınlar”.

Son xəbərlər
Digər xəbərlər