10 C
Baku
Thursday, December 12, 2024

Palatada maliyyə sektorunun nümayəndələri üçün seminar keçirilib

Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) və Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən “VİSA İnc.” beynəlxalq kart təşkilatının iştirakı ilə bankların, habelə prosessinq fəaliyyətini həyata keçirən təşkilatların əməkdaşlarının bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də mövcud beynəlxalq təcrübənin mənimsənilməsi istiqamətində növbəti seminar keçirilib.

“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin maliyyə sektorunda çalışan mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi prioritet hədəfinin icrası çərçivəsində təşkil olunan seminar banklar tərəfindən elektron ticarət xidmətinin təqdim edilməsi və baş verə biləcək fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə tədbirlərinə həsr olunub.

Tədbir zamanı “VİSA İnc.” beynəlxalq kart təşkilatının MDB ölkələri və Cənub-Şərqi Avropa regionu üzrə risklər üzrə baş direktoru Larisa Makarova banklar tərəfindən elektron ticarətin təşkili, təsərrüfat subyektləri və üçüncü tərəflərlə qarşılıqlı əlaqələrin qurulması, elektron ticarətdə baş verə biləcək risklər və fırıldaqçılıq əməliyyatlarının qarşısının alınması haqqında ətraflı məlumat verib.

Tədbirdə qeyd olunan mövzu ətrafında iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılaraq “VİSA İnc.” beynəlxalq kart təşkilatı tərəfindən ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə atılacaq addımlara da toxunulub.  

Son xəbərlər
Digər xəbərlər