26 C
Baku
Saturday, July 27, 2024

Palatanın (MBNP) bir neçə səlahiyyəti ləğv edilib – Digər dövlət qurumuna ötürülüb

“Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında” 2016-cı il 3 fevral tarixli və “Nağdsız hesablaşmalar haqqında” 2016-cı il 16 dekabr tarixli Qanununun tətbiqi barədə” 2016-cı il 23 dekabr tarixli fərmanlarında və 2017-ci il 23 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Prezident İlham Əliyev 4 fevral tarixində sərəncam imzalayıb.

İmzalanan fərmana görə, bir neçə səlahiyyət Maliyyə Bazarlarına Nəzarət Palatasından Maliyyə Monitorinqi Xidmətinə verilib.

Banker.az həmin dəyişiklərin olduğu fərmanı təqdim edir:

1. “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 760 nömrəli Fərmanının 1-ci hissəsindən “, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini” sözləri çıxarılıb.

2. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli 1175 nömrəli Fərmanının 3-cü hissəsində “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri “Maliyyə Monitorinqi Xidməti” sözləri ilə əvəz edilib.

3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilib:

3.1. 14.1-ci bənddən “, lombardlara” sözü çıxarılsın;

3.2. aşağıdakı məzmunda 19-cu hissə əlavə edilsin:
“19. Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti adından:
19.1. Məcəllənin 598-ci (lombardlara və daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən şəxslərə münasibətdə) maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – İdarə Heyətinin sədri və onun müavinləri.”.

Son xəbərlər
Digər xəbərlər