27 C
Baku
Saturday, July 27, 2024

Palatanın problemli kreditlərlə bağlı hazırladığı sistemde texniki problemlər yaranıb (foto)

Maliyyə Bazarlarına Nəzarət Palatası bu gündən rəsmi saytında “Problemli kredit məlumatlarının sorğulanması” xidmətini aktiv etdikdən sonra sistemdə bir neçə nasazlıq aşkarlabıb.

Banker.az bu barədə sosial şəbəkəyə istinad edir. 

Belə ki, sistemdə şəxsiyyət şəxsi məlumatları yerləşdirdikdən sonra mobil telefonlara SMS-lərn gecikdiyi, bəziləri isə ümumiyyətlə qəbul edə bilmədiklərini bildirir. Bundan əlavə, müraciət edənlər sistemdə yeni nəsil şəxsiyyət vəsiqələri (ID) ilə qeydiyyatdan keçmə ilə bağlı problemlərinin olduğunu bildirirlər.

Palata Banker.az-a buna sistemdə adamların çox olması ilə əlaqələndirib.

Digər bir problem isə şəxsi məlumatları daxil etdikdən sonra müxtəlif  yazı işarələri ilə ortaya çıxıb. Yəni ad, soy ad  və əsas məlumatlar görünmür.

55495094 1495092753954333 4137379349567373312 n

Son xəbərlər
Digər xəbərlər