26 C
Baku
Saturday, July 27, 2024

Palçıq vulkanı ərazisində SOCAR-ın infrastrukturu var? – Açıqlama

Partlayış olan ərazidə heç bir qazma işləri aparılmayıb. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Geologiya və Geofizika şöbəsinin rəisi Fərhad İbadov deyib.

Onun sözlərinə görə, palçıq vulkanın baş verdiyi ərazidə SOCAR-ın heç bir infrastrukturu yoxdur.

SOCAR rəsmisi deyib ki, ümumilikdə platformalar inşa edilərkən risklər qiymətləndirilir:

“Xəzər dənizində vulkanlar mövcuddur, amma bunu tədqiq etmək üçün hər hansı layihədən əvvəl o yerlər öyrənilir. Risk ola biləcək yerlərə yaxın ərazilərdə platforma tikilməməsinə çalışılır”.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər