9 C
Baku
Thursday, December 12, 2024

Pandemiya ABŞ-a 16 trilyon dollardan çox ziyan vuracaq

Pandemiyanın uzunmüddətli təsirini nəzərə alaraq Amerika iqtisadiyyatı yaxın gələcəkdə 16 trilyon ABŞ dollarından çox itirəcək.

Bu barədə məlumat ABŞ-ın keçmiş maliyyə katibi Lourens Sammers və Harvardın iqtisadçısı David Katler tərəfindən Amerika Tibb Birliyinin dövri nəşrində dərc olunan məqaləsində yer alıb.

Ekspertlər hesablamalarında növbəti on ildə ABŞ-da yaranacaq məhsuldarlıq itkisini, eyni zamanda yerli sakinlərin xəstəliyi və ölümünün səbəb olduğu iqtisadi ziyanı da nəzərə alıblar. Ümumi rəqəmin 16 trilyon ABŞ dollarından çox olduğu təxmin edilir ki, bu da ABŞ-ın illik ÜDM-nun 90% -ni təşkil edir.

Dörd nəfərlik ailənin itkisi təxminən 200 000 ABŞ dolları təşkil edəcək. Bu məbləğin təxminən yarısı COVID-19 səbəbindən itirilən gəlirdir. İqtisadçılara görə, pandemiya “Böyük Depressiya”dan sonra ABŞ-ın firavanlığı və rifahı üçün ən ciddi təhdiddir.

Sammers və Katler hesab edir ki, virusun yayılması nəticəsində yaranan iqtisadi itkilər gələcəkdə iqlim dəyişikliyinə səbəb olacaq zərərlərlə müqayisə edilə bilər.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər